Bakı Nəqliyyat Agentliyi (BNA) özünün mobil əlavəsini (aplikasiya) istifafəyə verməyə hazırlaşır.
Report agentliyi xəbər verir ki, bunu jurnalistlərə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
M.Ağayevin sözlərinə görə, mobil əlavə sərnişinlərə avtobusların hərəkətini izləməyə imkan verəcək: “Yeni yaradılacaq mobil əlavədə bir bölmə də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi üçün nəzərdə tutulub. Hansı ki, sərnişinlər avtobusların hərəkətini izləyə biləcəklər”.