“2021-ci ildə apardığımız araşdırmalara görə, Azərbaycanda sərnişinlərin 95%-i ödənişi təmassız etmək istəyir”.
Bunu bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah” adlı konfransda “Visa” beynəlxalq kart təşkilatının Azərbaycan üzrə meneceri Nurlan Hacıyev bildirib.
“Azərbaycanda 14 dəmir yolu stansiyasında ödənişin təmassız olması üçün turniketlər quraşdırılıb. Hazırda ölkədəki banklardan 10-u “Apple Pay”i, 8-i isə “Google Pay”i dəstəkləyir və getdikcə onların sayı artacaq”, – deyə “Visa” rəsmisi qeyd edib.