Bu ilin yanvar-sentyabr aylarında “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında bildirib.
Nazir həmçinin qeyd edib ki, son 1 ildə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində artım qeydə alınıb: “O cümlədən, bu artım nəqliyyat-logistika sahəsində, tranzit daşımalarında qeydə alınıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və əks istiqamətdə yüklərin qısa müddətdə çatdırılmasına imkan yaradır ki, bu da daşımalara təsir göstərir”.