33 C
Baku
Monday, June 17, 2024

Şərqdə təmizliyin müxtəlif qaydaları

1. “Əllərin təmizliyi”

Bu sənə məxsus olmayan şeylərdən uzaq olmaq deməkdir. Buradan həmçinin gəlirin on, qırx və yaxud bir hissəsinin ehtiyacı olan insanlara verilməli olduğu başa düşülür.

2 “Qulaqların təmizliyi”

Bu qorxmuş, qəzəbli, səs-küylü və s. insanlara qulaq asmamaq deməkdir. Bundan başqa dedi-qodu, qeybət, lazımsız söhbətlərə qulaq asmaqdan çəkinməkdə bura daxildir.

3. “Gözlərin təmizliyi”

Bu gözləri nifrət, hirs, paxıllıq və şəhvətdən qorumaq deməkdir.

4. “Ağızın təmizliyi”

Bu ağızı boş danışıqlardan və küfrdən qorumaq mənasını verir. “Susmaq qızıldır”.

5. “Bədənin və paltarların təmizliyi”

Bu bədəni və paltarları hər zaman təmiz saxlamaq deməkdir.

6. “Düşüncənin təmizliyi”

Bu beyindən mənfi düşüncələri və pis fikirləri uzaqlaşdırmaq deməkdir. Bu həmçinin özünüzə heç vaxt rəhm etməmək deməkdir. Nəyə görə özünüzə rəhm edəsiniz? Bu parlaq başlanğıclar üçün özünüzü cəsarətləndirmək üçün daha yaxşı deyilmi?

7. “Ruhun və ürəyin təmizliyi”

Bu ruhən hiss etdiyiniz hissləri, emosional həyəcanları qorumağınız və rədd etməməyiniz deməkdir. Sevin və qarşılığında heç nə tələb etməyin. Sevgi elə xoşbəxtliyin özüdür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər