5 C
Baku
Friday, March 29, 2024

Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin növbədənkənar iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının sentyabrın 12-də növbədənkənar iclası keçirilib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin sədrliyi ilə keçirilən iclasda müşahidə şurasının üzvləri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov iştirak ediblər.

İclasda “Şərqi Zəngəzur İqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin strukturu, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əmək haqqları təsdiq edilib. Onu da qeyd edək ki, Xidmətin icraçı direktoru Xidmətin Müşahidə Şurası tərəfindən təyin edilmiş Növrəs Qəhrəman oğlu Cəfərovdur.

Daha sonra Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi ilə bağlı prioritet məsələlər və inkişaf strategiyası müzakirə olunub.

Sonda verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub və növbəti iclasın tarixi müəyyən edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər