11 C
Baku
Monday, November 25, 2024

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” ötən il mənfəət edib

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs 2023-cü ili 94 min manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin gəlirləri 874 min manat, digər xərcləri 20 min manat, mənfəət vergisi 23 min manat olub.

31 dekabr 2023-cü il tarixinə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin aktivləri 332 milyon manat, cəmi öhdəlikləri 331 milyon manat. cəmi kapitalı isə 594 min manat təşkil edib.

Bildirək ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın və Kəlbəcər rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Son xəbərlər
Digər xəbərlər