12 C
Baku
Saturday, November 23, 2024

Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər 3 şəhər, 29 kənd və 5 qəsəbənin salınması planlaşdırılır

Zəngilan, Cəbrayıl və Qubadlıda 2026-cı ilədək 3 şəhər, 5 qəsəbə və 24 kəndin salınması planlaşdırılır.

Bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.

“Bu təşəbbüslər müasir şəhərsalma prinsiplərinə əsaslanır və əlbəttə ki, dayanıqlı inkişafa, inklüzivliyə və təhlükəsizliyə üstünlük verir. Lakin onu da qeyd etməliyik ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) hədəfləri çərçivəsində biz 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır” emissiya zonası yaratmağı öhdəmizə götürürük. Biz Zəngilanın su enerji ehtiyatlarından istifadə edərək təmiz enerji mənbələrini inkişaf etdiririk”, – o bildirib.

V.Hacıyev qeyd edib ki, Zəngilanda artıq ümumi gücü təxminən 42 meqavat olan 4 su elektrik stansiyası var və onlar artıq istismar olunur.

Onun sözlərinə görə, Cəbrayılda bərpa olunan enerji mənbələri sahəsində də böyük layihələr həyata keçirilir: “240 MVt gücündə günəş elektrik stansiyaları BP-nin Cəbrayılda həyata keçirməyi planlaşdırdığı böyük layihədir. Növbəti layihə “Nobel Energy” şirkətinin olacaq. Şirkət burada tərəfdaşlarla birlikdə 100 MVt gücündə günəş stansiyası tikəcək. Bu, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasına mühüm töhfə verir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər