13 C
Baku
Friday, November 22, 2024

Şərqi Zəngəzurda daha iki günəş stansiyasının təməli qoyulacaq

2027-ci ilə qədər enerji şirkətləri ilə tərəfdaşlığın birinci mərhələsində biz 2 qiqavata yaxın yeni bərpaolunan enerji həcmini reallaşdırmağı planlaşdırırıq ki, bu da bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 33 faizə çatdıracaq.

Bu sözləri energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, BP və “Nobel Energy” ilə Şərqi Zəngəzurda yaşıl enerji zonası çərçivəsində daha iki günəş stansiyasının təməlqoyma mərasimi nəzərdə tutulur.

“240 meqavat gücündə “Şəfəq” günəş enerjisi layihəsi neft və qaz sektorunun dekarbonlaşdırılmasının “vitrin” layihəsi olacaq.

“Şəfəq” layihəsinin bərpaolunan enerjisi Səngəçalda dünyanın ən böyük neft və qaz terminallarından birini elektrikləşdirəcək. Həmçinin bu ilin aprel ayında biz 100 meqavat gücündə günəş stansiyası üzrə ilk bərpaolunan hərrac elan etdik və hərracın nəticələri COP29 zamanı açıqlanacaq”,- deyə nazir əlavə edib.

Pərviz Şahbazov vurğulayıb ki, bütün bu tədbirlər Azərbaycan Prezidentinin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə uyğun atılan addımlardır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər