Şərqi Zəngəzur iqtisadi rayonunda heyvandarlıq sürətlə inkişaf etməkdədir.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, 2023-cü ildə iqtisadi rayon ərazisində iribuynuzlu mal-qaranın sayı 97 024 baş təşkil edib. Bunun da 41 168 başı Kəlbəcərin, 35 579 başı Laçının və 10 942 Cəbrayılın 7 533 başı Zəngilan rayonun payına düşür. Ən yüksək dinamika Zəngilan rayonunda müşahidə edilib. Rayon ərazisində mal-qara sayı illik müqayisədə 41 faiz artıb. Zəngilanda 5 946 baş heyvan kənd təsərrüfatı ilə məşğul olan müəssisələrə məxsusdur. Laçındakı 41062 baş iribuynuzlu isə sırf ailə təsərrüfatlarına məxsusdur.
İqtisadi rayonun ərazisində qoyunların və keçilərin sayı 3.3% artaraq 454 938 baş olub. Qoyun və keçilərin 178 156 başı Kəlbəcərin, 164 818 başı Laçının, 86 114 Cəbrayılın payına düşür.