12 C
Baku
Saturday, November 23, 2024

Şərqi Zəngəzurun iqtisadiyyatına investisiya qoyuluşu 4 mlrd. manata yüksəlib

2023-cü ildə işğaldan azad edilmiş Şərqi Zəngəzurun iqtisadiyyatına investisiya qoyuluşu 3 milyard 955.19 milyon manata yüksəlib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Şərqi Zəngəzur iqtisadi rayonunun əsas kapitalına yönəldilmiş investisiyaların həcmi illik müqayisədə 78.2 faiz artım deməkdir.

İqtisadi rayona daxil olan Laçın və Kəlbəcər rayonunlarına investiya qoyuluşunun həcminə görə Bakı şəhərindən sonra ikinci və üçüncü ən iri həcmli inzibati ərazidir. Laçın rayonuna investiyaların həcmi illik müqayisədə 5.6 dəfə artaraq 1 milyard 563.74 mln. manata, Kəlbəcər rayonuna isə 118 faiz artaraq 879.51 milyon manata yüksəlib.

Şərqi Zəngəzur iqtisadiyyatınındakı əsas vəsaitlərə sərmayələrin 3 milyard 749.66 milyon manatı tikinti və quraşdırmaya yönəldilib.

 

İqtisadi rayonlar və inzibati ərazi vahidləri  2023-cü ildə əsas fondlar istifadəyə verilmişdir  Əsas kapitala yönəldilmiş investisiyalar  
 2023-cü ildə  2022-ci ildə  2022-ci ilə nisbətən. faizlə  
Şərqi Zəngəzur iqtisadi rayonu    372,473.80    3,955,190.30    2,219,425.80 178.2
Cəbrayıl rayonu      26,941.40        639,253.50        614,062.20 104.1
Kəlbəcər rayonu      74,219.30        879,512.20        403,488.60 2.2 d.
Qubadlı rayonu      32,272.00        282,069.90        172,309.00 163.7
Laçın rayonu    214,119.40    1,563,743.00        279,672.30 5.6 d.

 

 

 

Ondan tikinti-quraşdırma işləri  
   2023-cü ildə  2022-ci ildə  2022-ci ilə nisbətən. faizlə  
Şərqi Zəngəzur iqtisadi rayonu 3749665 2163682 173.3
Cəbrayıl rayonu 506016.1 596027.9 84.9
Kəlbəcər rayonu 874208.2 402411.3 2.2 d.
Qubadlı rayonu 279382.8 170838.7 163.5
Laçın rayonu 1502394 278751.9 5.4 d.

 

Son xəbərlər
Digər xəbərlər