14 C
Baku
Sunday, November 23, 2025

Sərvəti 100 mlrd. dollardan çox olan insanların sayı 9-a çatıb

“Microsoft” korporasiyasının sabiq rəhbəri Stiv Ballmerin sərvəti 100 milyard dolları keçib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin tərtib etdiyi “Bloomberg Billionaires Index” (BBI) reytinqində deyilir.

Verilən məlumata görə, Ballmerin sərvəti bir gündə 731 milyon dollar artıb və hal-hazırda 101 milyard dollar təşkil edir. O, dünyanın ən varlı insanları reytinqində 9-cu yeri tutur.

Ümumiyyətlə, agentliyin hesablamalarına görə, ən varlı insanların ilk onluğu dəyişməz olaraq qalır. İlk üçlüyə “Amazon”un qurucusu Ceff Bezos (212 milyard dollar, “Tesla”nın rəhbəri İlon Mask (177 milyard dollar) və “LVMH” şirkətlər qrupunun prezidenti Bernar Arno (169 milyard dollar) daxildir.

“Microsoft”un qurucusu Bill Qeyts (148 milyard dollar) və “Facebook”un yaradıcısı Mark Çukerberq (130 milyard dollar) dördüncü və beşinci sırada yer alıblar. İlk onluğa həmçinin “Alphabet”in qurucuları Larri Peyc (115 milyard dollar) və Serqey Brin (111 milyard dollar), investor Uorren Baffet (101 milyard dollar) və “Oracle”ın təsisçisi Larri Ellison (100 milyard dollar) daxildir.

Son xəbərlər
Digər xəbərlər