ABŞ-ın hazırkı Prezidenti Donald Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib.
Bu barədə D. Tramp “Twitter”də bildirib.
“Səs sayımını dayandırın. Seçki günündən sonra verilən heç bir səs sayılmayacaq!”, – deyə D. Tramp qeyd edib.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Ştatların bəzilərində hələ də səs sayımı prosesi davam edir. İlkin nəticələrə görə, Demokratların namizədi Co Bayden öndədir. Respublikaçıların namizədi D. Tramp seçki saxtakarlığının olduğunu və ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini bildirib.