SAAT 17:26
Türkiyə Prezident seçkilərinin 28 mayda keçiriləcək ikinci turuna dair təfərrüatlar açıqlanıb. Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı qeyd edib ki, Türkiyə tarixində seçkilərin ikinci turu ilk dəfə keçirilir və bəzi qaydalar müəyyən edilib.
- Yenerin sözünə görə, 15 mayda ikinci səsvermədə iştirak etmək hüququ olan namizədlərdən biri hər hansı səbəbdən seçkidə iştirak etmədikdə, namizədlərin dəyişdirilməsi üçün müəyyən edilmiş müddət saat 20:00-da başa çatacaq.
- Bundan əlavə, ölkə xaricində yaşayan vətəndaşlar üçün səsvermə prosesi 20 mayda başlayacaq və 24 may 2023-cü il tarixində başa çatacaq. 27 may saat 18:00-da seçki təbliğatı dövrü başa çatacaq.
- Səsvermə prosesi ilk turda olduğu kimi, yerli vaxtla saat 08:00-da başlayıb 17:00-da bitəcək.
SAAT 16:41
Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener nildirib ki, 28 may 2023-cü il tarixində 2-ci tur Prezident seçkisi keçiriləcək
SAAT 11:15
Mərkəzi Seçki Komissiyası sədri Ahmet Yener:
– Məlumatların daxil edilməsi davam edir. Ölkədə 27 seçki qutusu açılmayıb. Xaricdə 1529 açılmamış seçki qutusu var.
– Saat 10.45-ə olan məlumata görə, cənab Rəcəb Tayyib Ərdoğan 49.40 faiz, Kamal Kılıçdaroğlu isə 44.96 faiz səs toplayıb.
SAAT 11:02
Seçki qutularının 99.31%-i açılıb və nəticə:
Recep Tayyip Ərdoğan: 49.41%
Kemal Kılıçdaroğlu: 44.96%
Sinan Oğan: 5.20%
TRT Haber
SAAT 09:40
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib
Türkiyədə prezident və parlament seçkilərində Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. Bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 49.42 faizi (3642 səs) “Cumhur İttifaqı”nın namizədi, “AK parti”nin sədri Rəcəb Tayyib Ərdoğanı, 41,92 faizi, (2768 səs) “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib.
Digər namizədlərdən Sinan Oğan 6,42 %, yəni 424 səs, Muharrem İncə isə 2,24 %, yəni 148 səs ala bilib.
SAAT 09:27
SAAT 09:14
Qutuların 98.82%-i açıldı və nəticə:
Recep Tayyip Ərdoğan: 49,35%
Kemal Kılıçdaroğlu: 45,00%
Sinan Oğan: 5,22%
SAAT 08:02
Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi sayılıb.
Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.
Onun sözlərinə görə, yerli vaxtla 02:25-ə olan məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kamal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə 0,43 faiz səs yığıb.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb. Hazırda seçki məntəqələrində səslər sayılır. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır – “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan. “Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib. “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir. Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.