22 C
Baku
Friday, April 19, 2024

Səudiyyə Ərəbistandan kritik neft açıqlaması gəldi

Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Falih neft bazarını sabitləşdirmək üçün tək başına bir qərarla hasilatı azaltmayacağını açıqlayıb.

Banker.az xəbər verir ki, mənbə bunu “Haber7″ə istinadla məlumat yayıb.

OPEK üzvü olan Nigeriya da hasilatın azaldılması ilə bağlı qərara qatılıb-qatılmayacağı ilə bağlı hələlik qərar verməyəcəyini bildirib.

Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Falih OPEK üzvlərinin neft bazarına sabitlik gətirmək istədiklərini, İraq, Nigeriya və Liviyadan gələn mesajların da dekabrın 6-də Vyanada keçiriləcək OPEK toplantısı ərəfəsində müsbət olduğunu deyib.

Xatırladaq ki, dekabrın 6-da keçiriləcək OPEC toplantısında neft bazarında baş verən proseslər, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda neft bazarında tələb və təklifin vəziyyəti, 2019-cu ildə OPEC üzrə neft istehsalının azaldılması və s. müzakirə olunacaq.

Son xəbərlər
Digər xəbərlər