6 C
Baku
Sunday, December 15, 2024

Səudiyyə Ərəbistanı əyləncə sənayəsinə sərmayə qoyub

Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu dünyanın ən böyük konsert və tədbirlərin təşkilatçısı olan “American Live Nation” un 5,7% səhmini alıb. Banker.az xəbər verir ki, bu xəbərdən sonra səhmlərin qiyməti dərhal 10% artıb.

ABŞ-ın Qitmətli Kağızlar və Birja Komissiyasının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının fondu Amerika şirkətinə təxminən 518 milyon dollar sərmayə yatırıb. Qeyd edək ki, bütün bunlar koronavirus pandemiyası və nəticədə tədbirlərin kütləvi olaraq ləğv edilməsi ilə gəlirlərin kəskin azalması fonunda baş vermişdir. Səudiyyə Ərəbistanın yatırımları onu “Live Nation” nun üçüncü ən böyük səhmdarına çevirəcək.

Xatırladaq ki, ilin əvvəlindən “Live Nation” nun səhmləri təxminən 40% ucuzlaşıb. Bunun əsas səbəbi ləğv edilmiş konsert və tədbirlərə biletlərin geri qaytarılması olub. Nəticədə, menecerlərin əmək haqqı 50% azaldıldı, şirkətin baş direktoru Maykl Rapino isə ümumiyyətlə maaşından imtina etdi.

Son xəbərlər
Digər xəbərlər