10 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını azaldacaq

Hasilata və ehtiyatlarına görə dünyanın ən iri neft şirkəti olan Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti qarşıdakı həftələrdə ABŞ-a neft ixracını azaltmağı planlaşdırır.

Banker.az bildirir ki, bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Agentliyin məlumatına əsasən, ABŞ-ın neft emalı zavodları yanvarda əvvəlki aylara nisbətən xeyli az həcmdə neft alacağı ilə bağlı məlumatlandırılıb. Bu addım OPEC və əsas neft istehsalçısı ölkələrin hasilatı azaltmaqla bağlı qərarı ilə bağlıdır.

Agentlik gələn ilin əvvəlində krallıqdan ABŞ-a neft təchizatının sutkada 582 min barelə qədər azala biləcəyini istisna etmir. Bu, son kvartal üzrə hesablamada Səudiyyə Ərəbistandan neft ixracının orta həcmindən 40% azdır.

Qeyd edilir ki, “Saudi Aramco”nun planları ABŞ-ın “Valero Energy”, “Phillips 66”, “Chevron”, “Exxon Mobil” və “Marathon Petroleum” şirkətlərinə təsir edəcək. ABŞ Səudiyyə neftinin çatışmazlığını Meksika, Kanada və Venesueladan ixracı artırmaqla doldurmalı olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər