6 C
Baku
Sunday, December 15, 2024

Səudiyyə Ərəbistanı apreldən gündəlik neft hasilatını azaldacaq

OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı öhdəliyi 90%-ə yaxın yerinə yetirib.

Bunu Bakıda Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.

O əmin olduğunu bildirib ki, öhdəliyi yerinə yetirməyən ölkələr tezliklə vədlərinə əməl edəcəklər.

Nazir bazara əminliyin tədricən qayıtdığını, lakin hələ çox işlər görülməli olduğunu, monitorinqlərin davam edəcəyini qeyd edib.

O bildirib ki, aprel ayında Səudiyyə Ərəbistanı gündəlik hasilatı mart ayına nisbətdə 0,1 mln. barel azaldacaq və hasilat 9,7 mln. barel təşkil edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər