Səudiyyə Ərəbistanının neft hasilatını daha da azaltmaq qərarı qiymətlərin yalnız qısamüddətli artımına səbəb olub. Banker.az xəbər verir ki, bu tədbirlərə Küveyt və BƏƏ qoşulsalar da, neftin qiyməti yenidən enməyə başlayıb. Xatırladaq ki, “Brent” markalı neftin qiyməti 30 dollardan aşağı düşüb – 29,9 dollar.
WTI neftin fyuçersləri 1%-dan çox düşərək bir barel üçün 24,45 dollar səviyyəsinə çatıb.
Xatırladaq ki, daha əvvəl dünya bazarında neftin qiyməti kəskin artmışdır: “Brent” 31,45 doillar (+2,5%), WTI isə 25,59 dollar (+4%).
Qiymət artımına təsir göstərən əsas amil Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinə iyun ayında hasilatı gündə 1 milyon barelə qədər azaltmaq göstərişini verməsi olub.
“Bu, Krallıqda neft hasilatının aprel ayı ilə müqayisədə gündə təqribən 4,8 milyon barel azalmasına səbəb olacaq”, – mayın 11-də Səudiyyə Ərəbistanın Energetika Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ölkədə neft hasilatı gündə 7,492 milyon barel təşkil edəcək.
Mayın 11-də Səudiyyə Ərəbistanına Küveyt (80 min barel) və BƏƏ (100 min barel) də qoşulub.