Səudiyyə Ərəbistanı 10 il fasilədən sonra ilk dəfə iriməbləğli xarici borc almağa hazırlaşır.
KİV-lərə istinadən xəbər verir ki, ölkə 6-8 milyard dollar arasında kredit almaq üçün araşdırmaya başlayıb.
Məlumata görə, neftin qiymətinin düşməsinə görə Səudiyyə Ərəbistanının iqtisadiyyatı çətin günlər keçirir.
Xəbər verilir ki, ölkə 10 il fasilədən sonra ilk dəfə xarici borc almaq üçün qaynaq axtarmağa başlayıb.
5 illik kredit borcuna ehtiyacı olan bu ölkənin ən yaxşı təklif verən kreditor ilə razılaşacağı bildirilir.
Mövzu ilə bağlı Səudiyyə Ərəbistanının Mərkəzi Bankı heç bir açıqlama verməyib.
Musavat