Səudiyyə Ərəbistanı iyun ayından etibarən dünya neft bazarında İranı İslam Respublikasını əvəzləməyə hazır olduğunu bəyan edib
Bəyanatda Ərəbistanın daxili təlabatlarını İrandan aldığı neftlə ödəyən ölkələrə də bəs edəcək miqdarda neft sata biləcəyi əks olunub.
Qeyd edilib ki, Səudiyyə Ərəbistanı OPEK-lə əldə edilmiş razılaşma əsasında hərəkət edəcək. Razılaşmaya əsasən, neft ixrac edən ölkələr 2019-cu ilin ilk yarısında günlük hasilatlarını 1.2 milyon barel azaltmağa qərar veriblər.
Məlumat üçün bildirək ki, rəsmi Əl-Riad razılaşma çərçivəsində gündəlik 10 milyon 311 min barel neft istehsal edə bildiyi halda ötən ay gündəlik hasilatının həcmi 9.8 milyon barel təşkil edib.
©Ona