Səudiyyə Ərəbistanı Krallığı tanınmış milyarder və investor Şahzadə Alvalid bin Talalı həbs edib. Korrupsiya və rüşvətxorluqda, çirkli pulların yuyulmasında ittiham olunur və bu xəbəri Səudiyyə rəsmləri də təsdiq edib.
Bu barədə Banker.az yerli “Al-Eqtisadiah”a istinad edir.
Alvalid dünyanın ən zəngin milyarderlərindən biri sayılır. O, 1991-ci ildən bu günə kimi “Citigroup Inc” kimi tanınmış korporasiyaya sahiblik edir. Həmçinin “Four Season”, “Accor Hotels” şəbəkələri və “Twitter Inc”ə sərmayyə yatıran şəxslərdən biridir.