Səudiyyə Ərəbistanı gələcək texnologiyalara 6,4 milyard ABŞ dolları sərmayə qoyacaq.
“Al Watan” informasiya portalı xəbər verir ki, bu barədə ölkənin rabitə və informasiya texnologiyaları naziri Abdulla əl-Savaha Ər-Riyadda keçirilən LEAP beynəlxalq konfransının açılışında bildirib.
Neft nəhəngi “Aramco” dünya üzrə startaplara 1 milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırır, telekommunikasiya şirkəti “Saudi Telecom” isə bulud və rəqəmsal xidmətlər mərkəzi yaratmaq üçün analoji məbləğdə vəsait ayırır.
Bununla yanaşı, Qırmızı dənizdəki metropolis layihəsinə 1 milyard ABŞ dolları ayrılacaq.
Həmçinin, Dövlət İnvestisiya Fondu ilə Çinin elektron ticarət nəhəngi “Alibaba”nın törəmə şirkəti arasında 2 milyard dollarlıq texnoloji tərəfdaşlıq elan edilib.
Daha 1,4 milyard ABŞ dolları isə sahibkarlıq və fondları dəstəkləmək üçün nəzərdə tutulub.