Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti üçün icazə verilən zəvvarların sayını krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə çatdırıb.
Bu barədə Həcc və Ümrə Nazirliyinə istinadən “Saudi Press Agency” məlumat yayıb.
Bu il Həcc və Ümrə ziyarətinə tam peyvənd olunmuş, yaşı 65-dən aşağı olan şəxslərin gəlməsinə icazə veriləcək. Zəvvarlar gəldikdən sonra PCR testinin mənfi nəticəsini də təqdim etməli olacaqlar.
Fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib, ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə tərəfi tərəfindən müəyyən edilir.