2 C
Baku
Saturday, December 14, 2024

Səudiyyə Ərəbistanı ilk dəfə mənfi faizlə borc götürdü

Səudiyyə Ərəbistanı ilk dəfə mənfi faizlə borc alır.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, belə kreditlərə tələb krallığın iqtisadiyyatının asılı olduğu neftin bahalaşması ilə əlaqələndirilir.

Ümumilikdə Səudiyyə Ərəbistanı mənfi 0.057 faizlə üç illik və 0.646 faizlə doqquz illik istiqrazlar buraxıb, bununla da o, 1.5 milyard avro (1.8 milyard dollar) cəlb edib.

Xarici investorların Səudiyyə Ərəbistanının dövlət borcuna marağı neft qiymətlərinin bərpası səbəbindən böyüyüb. Xatırladaq ki, “Brent” markalı neftin qiyməti yenidən pandemiya öncəsindəki səviyyəyə qayıdıb: fevralın 24-ü qiymətlər 2020-ci ilin yanvarından bu yana ilk dəfə 67 dolları keçib.

Bu, Səudiyyə Ərəbistanının lider olduğu OPEC-in keçən ilin aprel ayında Rusiya və digər neft tədarükçüləri ilə razılaşdırılmış istehsalın məhdudlaşdırılması ilə əldə edilib. Üstəlik, Səudiyyə Ərəbistanı neft istehsalını gündə 1 milyon barrel endirib.

Bu gün neft qiymətlərini əsasən Ər-Riyad idarə edir, bu səbəbdən krallıq qlobal tələb artdıqca istehsalı da sürətləndirə biləcəyini açıqlayıb. Hələki istehsal artımı nəzərdə tutulmur.

Xatırladaq ki, keçən il Səudiyyə Ərəbistanının iqtisadiyyatı pandemiya və neft qiymətlərinin düşməsi səbəbindən 3.9% azalıb. 2021-ci ildə hökumət büdcə kəsirini ixtisar etməyə qərar verib.

Avrozonada mənfi faizlər 2014-cü ildən tətbiq edilir. Hökumətlər və şirkətlər borclarını azaltmaq üçün Avropa istiqrazlar bazarına üz tutur. Ötən ildə Çin də mənfi faizlə borc götürüb.

Son xəbərlər
Digər xəbərlər