18 C
Baku
Thursday, October 10, 2024

Səudiyyə Ərəbistanı koronavirusla mübarizəyə $500 mln. bağışlayacaq

Səudiyyə Ərəbistanı yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində 500 milyon dollar bağışlayacağını bildirib.

Banker.az xəbər verir ki, bu barədə G20 ölkələrinin press-relizində deyilir.

Təxminən 150 milyon CEPI koalisiyasına, 150 milyon Peyvənd və İmmunizasiya Alyansına, daha 200 milyon isə beynəxalq təşkilatlara ayrılacaq.

“Bu töhfə G20 ölkələrinin görüşü zamanı üzərinə götürdüyü öhdəliklər çərçivəsində edilir”, – sənəddə deyilir.

Bundan əlavə, Səudiyyə Ərəbistanı bütün ölkələri və qeyri-hökumət təşkilatlarını Covid-19 pandemiyası ilə mübarizəni maliyyələşdirməyə kömək etməyə çağırıb. Mütəxəssislərin fikrincə, infeksiyanın qarşısını almaq üçün təxminən 8 milyard dollar vəsait tələb olunur.

Son xəbərlər
Digər xəbərlər