21 C
Baku
Saturday, May 4, 2024

Səudiyyə Ərəbistanı kralı öz varisini dəyişdi

Səudiyyə Ərəbistanı kralı Salman ibn Abdel Aziz Al Saud özünün 55 yaşlı qardaşı oğlu Muhammed ibn Nayefi özünün varis şahzadəsi təyin etdi. Əvvəllər isə onun varisi ögey qardaşı Mukrin ben Abdel Aziz Al Saud idi.

Dəyişikliklər nazirlər kabinetinə də toxunub. Kral artıq 40 ildir vəzifədə olan Xarici İşlər Naziri Saud al-Feyseli vəzifəsindən azad etmişdir. Nazir səhhətində yaranan problemlərlə bağlı istefa tələb etmişdir. Səudiyyə Ərəbistanın yeni XİN-i isə əvvəllər ABŞ səfiri olan Adel al-Cübeyr olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər