Ölkə kralı Salman bin Əbdüləzizin mövzu ilə bağlı verdiyi fərman rəsmi xəbər agentliyi SPA-da dərc olunub.
Bildirilib ki, fərman dövlətin köklərinə və vətəndaşların keçmiş hökmdarlara dərin sədaqətinə əsaslanır.
Sənədə əsasən, bundan sonra Səudiyyə Ərəbistanı Krallığının yaranma tarixi 23 sentyabr 1932-ci ildən deyil, 22 fevral 1727-ci ildən hesablanacaq. Məhz sonuncu tarix ümummilli bayram kimi qeyd ediləcək.