12 C
Baku
Monday, September 30, 2024

Səudiyyə Ərəbistanı neftə görə 27 mlrd. dollardan itirəcək

Neft qiymətlərinin kəskin enməsi səbəbindən Səudiyyə Ərəbistanının 2020-ci ilin dövlət büdcəsində 100 mlrd. riyaldan çox (27 mlrd. ABŞ dollarından çox) vəsait çatışmazlığı yaranacaq.

Bu barədə krallığın vəliəhdi Məhəmməd bin Salman bildirib.

Onun sözlərinə görə, ötən il təqdim olunan 2020-ci ilin büdcə proqnozuna əsasən, gəlirlərin 833 mlrd. riyal (222 mlrd. dollardan çox) olacağı gözlənilirdi ki, bunun da 513 mlrd. riyalı (təqribən 136,7 mlrd. dollar) neft gəlirlərinin payına düşürdü: “Bu il neft qiymətlərinin çökməsindən sonra neft gəlirləri təxminən 410 mlrd. riyaladək (109 mlrd. dollardan çox) enib”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər