“Səudiyyə Ərəbistanı hakimiyyəti neft hasilatı həcmlərini azaltmağa hazır deyil”.
Bunu Krallığın xarici işlər naziri Adil əl-Cubeyr deyib.
“Əgər digər istehsalçılar əlavə həcmlərlə bağlı (neft hasilatını) məhdudlaşdırmaq və ya dondurmaq istəyirlərsə, bu, bazara təsir edə bilər, lakin Səudiyyə Ərəbistanı buna hazır deyil”, – o qeyd edib.
Əl-Cubeyrin sözlərinə görə, “Krallıq bazardakı payını qoruyub saxlayacaq və biz bunu bəyan etmişik”. Nazir, həmçinin qeyd edib ki, neft məsələsini təkliflər, tələbat və bazar qüvvələri müəyyən edəcək.
Report