22 C
Baku
Thursday, April 25, 2024

Səudiyyə Ərəbistanı sərvətini çox milyardlı layihələrə xərcləyir

Banker.az saytı Reuters agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında infrastruktur və iqtisadiyyata aid həyata keçirilməmiş inkişaf layihələri yenidən nəzərdən keçirilir. Milyardlarla dollar dəyəri olan bu layihələr ya ləğv, yaxud da restrukturizasiya ediləcək.

Demək olar ki, bu layihələrin hər biri neft qiymətlərinin yüksək olduğu on illiklər ərzində peyda olub. “Layihələrin bəzisi təkrar tenderə çıxarıla bilər ki, bu da onları özəl sektorlar ilə əməkdaşlıq çərçivəsində həyata keçirmək imkanı verərdi” – deyə  planlar ilə tanış mənbə bildirib.

Səudiyyə Ərəbistanı rəhbərliyi özəl sektorun cəlb edilməsi ilə dövlət büdcəsinin yükünün azaldılmasında maraqlıdır. Bununla belə, mənbənin sözlərinə görə – “Cari iqtisadi məqsədlərə cavab verməyən digər layihələr dayandırıla bilər. Həmçinin, bəzi layihələr üçün təkliflər artıq yaxın günlərdə qeydə alına bilər” .

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər