Səudiyyə Ərəbistanında işgüzar, turistik və iqamət vizalarının QR kodlu A4 kağızında verəcək.
Bu barədə ölkənin mülki aviasiya qurumu bildirib.
Açıqlamada qeyd olunub ki, sözügedən vizalar üçün Türkiyə, Pakistan, Yəmən, Sudan, Uqanda, Livan, Nepal, Keniya, Mərakeş, Tailand, Vyetnam və Şri-Lankadakı səfirlik və konsulluqlarda elektron viza tətbiqinə başlanılıb.
Bildirilib ki, qərarın icra tarixi ölkələrə görə fərqlidir və Türkiyə üzrə icraya avqustun 16-da start veriləcək.