Səudiyyə Ərəbistanının xarici işlər naziri bu gün Suriyaya səfər edir.
Bu barədə Suriyanın İnformasiya Nazirliyi məlumat yayıb.
“Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Suriyaya rəsmi səfər etmək üçün bu gün Dəməşqə gəlir”, – Nazirliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, bu, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Səudiyyə Ərəbistanı XİN başçısının ölkəyə ilk səfəridir. Bir həftə əvvəl Suriyanın xarici işlər naziri Faysal Mekdad Səudiyyə Ərəbistanına səfər etmişdi.