Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ziyarət zamanı izdihamdan qaynaqlanan faciənin yaşanmaması üçün tədbir görüb.
Türkiyənin “Sabah” qəzetinin verdiyi məlumata görə, nazirlik zəvvarlara “ağıllı” biləklik paylanacağını açıqlayıb.
GPS sistemindən istifadə olunacaq cihazda zəvvarların şəxsi məlumatları, o cümlədən tibbi bilgiləri, yerli dövlət orqanları ilə əlaqə və otellərlə bağlı informasiyalar olacaq. Beləliklə, yolu azma, izdiham, panika kimi halların qarşısı alınacaq. Bundan başqa, Səudiyyə dövləti bütün zəvvarların şəxsi informasiyalarından ibarət “məlumat bankı” da yaradacaq.
Suya davamlı olan biləklikdə namaz vaxtını xəbər verən alarm sistemi və qibləni göstərən kompas da var.
Lent.az