3 C
Baku
Saturday, December 14, 2024

Səudiyyə Ərəbistanın dövlət borcu rekord səviyyəyə çata bilər

Bu il Səudiyyə Ərəbistanının xarici borcu demək olar ki, iki dəfə arta bilər. Krallığın naziri Məhəmməd Əl-Cadaanın sözlərinə görə, bir gün əvvəl keçirilən mətbuat konfransında Ər-Riyad istiqraz bazarında əlavə 26,6 dollar qazanmağı düşündüyünü bildirib.

Beləliklə, ümumi borc 58,5 milyard dollara qədər artacaq. Bu məbləğ Krallıq üçün rekord olacaq.

Banker.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Ər-Riyad neft qiymətlərinin düşməsi və hasilatın azaldılması nəticəsində yaranan büdcə kəsirinin sürətlə artması səbəbindən bunu etməyə məcburdur. BVF-nun bildirdiyi kimi, ötən il ölkənin xərcləri ÜDM-dan 4,5% çox olub. “EFG Hermes”in qiymətləndirmələrinə görə, büdcə kəsiri 15%-a çata bilər.

Ayın əvvəlində Səudiyyə Ərəbistanı artıq 7 milyard dollar dəyərində avrobondlar yerləşdirmişdi. Oxşar addım Qətər və BƏƏ də atmışdır.

Son xəbərlər
Digər xəbərlər