23 C
Baku
Tuesday, April 23, 2024

Səudiyyə Ərəbistanında hündürlüyü 2 min metr olan göydələn tikilməsi planlaşdırılır

Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) dünyada ən hündür binadan – Dubaydakı 828 metrlik “Bürc Xəlifə”dən iki dəfədən çox hündür olan göydələn ucaltmaq niyyətindədir. Bu barədə “Middle East Business Intelligence” jurnalı məlumat yayıb.

PIF Ər-Riyadın şimalında sahəsi 18 kvadratkilometr, hündürlüyü 2 kilometr olan bina tikilməsi planını nəzərdən keçirir. Podratçılar layihənin dəyərini təxminən 5 milyard dollar məbləğində qiymətləndirir. Hazırda bir milyon dollar ödənişlə tender keçirilir. Müsabiqədə iştirak edən podratçılar arasında Amerikanın “Skidmore”, “Owings & Merrill”, “Adrian Smith & Gordon Gill Architecture”, “Kohn Pedersen Fox и Gensler”, “10Design”, fransız şirkətinə daxil olan “Egis” və Dubayın “Killa Design” şirkətləri iştirak edir.

2022-ci ilin noyabrında krallığın şimal-qərbində uzunluğu 120 km və hündürlüyü 490 metr olan “Mirror Line” meqapolisinin tikintisinə başlanılıb.

Hazırda ölkədə ən hündür bina Məkkədə Abrac əl-Beit binalar kompleksinin bir hissəsi olan Kral Saat Qülləsidir. Onun hündürlüyü 601 metrdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər