Səudiyyə Ərəbistanı hakimiyyəti, qadına kişi qəyyumunun (həyat yoldaşının və ya digər qohumunun) razılığı olmadan xaricə getməsinə icazə verib.
Banker.az bildirir ki, bu barədə Saudi Gazette xəbər verir.
Yeniliklərə görə, 21 yaşına çatdıqdan sonra qadınlar kişilərlə bərabər xarici pasport alaraq, kişi qəyyumunun buna razılığı olmadan xaricə gedə bilərlər. Qərar hökumət komitəsi tərəfindən qəyyumluq qanununun yenidən nəzərdən keçirilməsindən sonra qəbul edilib. Bundan əlavə, düzəlişlər qadınların iş tapmaq imkanlarını da genişləndirir – güman edilir ki, indi krallığın bütün vətəndaşları cinsiyyətindən asılı olmayaraq işləmək hüququnu əldə ediblər.
Son illərdə Səudiyyə Ərəbistanının hakimiyyəti qadın hüquqları ilə bağlı olaraq qanunvericiliyində bir çox dəyişiklər edir. Xatırladaq ki, 2018-ci ildə krallıq qadınlara avtomobil sürmək hüququnu vermişdir. Cari ilin fevral ayında isə krallığın tarixində ilk dəfə olaraq qadın yüksək diplomatik mövqe tutmaqda müvəffəq ola bilib.