8 C
Baku
Monday, November 18, 2024

Səudiyyə Ərəbistanından Azərbaycana gələnlərin sayı 11 dəfə artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1602.3 min və ya əvvəlki illə müqayisədə 2.0 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 27.9 faizi Rusiya Federasiyası. 19.5 faizi Türkiyə. 10.6 faizi İran. 6.0 faizi Səudiyyə Ərəbistanı. 5.1 faizi Gürcüstan. 3.8 faizi Hindistan. 3.2 faizi Pakistan. 2.6 faizi Birləşmiş Ərəb Əmirlikləri. 1.9 faizi Qazaxıstan. 1.7 faizi Ukrayna. 1.6 faizi Özbəkistan. 1.5 faizi İsrail. 1.4 faizi Küveyt. hər birindən 1.2 faiz olmaqla Oman və Belarus. 10.8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74.8 faizini kişilər. 25.2 faizini qadınlar təşkil etmişdir.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2021-ci illə müqayisədə Omandan gələnlərin sayı 20.4 dəfə. Pakistandan – 17.5 dəfə. Səudiyyə Ərəbistanından – 10.9 dəfə. Hindistandan – 10.6 dəfə. Küveytdən – 9.9 dəfə. Özbəkistandan – 6.2 dəfə. Qazaxıstandan – 4.4 dəfə. İsraildən – 3.6 dəfə. ABŞ-dan – 2.8 dəfə. Birləşmiş Ərəb Əmirliklərindən – 2.4 dəfə. Almaniyadan – 2.4 dəfə. Fransadan – 2.1 dəfə. Böyük Britaniyadan – 1.9 dəfə. Rusiya Federasiyasından – 1.7 dəfə. Ukraynadan – 1.6 dəfə. Türkiyədən – 1.6 dəfə. İrandan – 36.0 faiz. Gürcüstandan – 31.2 faiz artmışdır.

2021-ci illə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2.3 dəfə artaraq 357.9 min nəfər. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2.1 dəfə artaraq 73.3 min nəfər. MDB ölkələrindən gələnlərin sayı 1.9 dəfə artaraq 569.8 min nəfər olmuşdur.

2021-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1.5 dəfə artaraq 1489.5 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3.1 dəfə. Gürcüstana gedənlərin sayı 1.7 dəfə. Türkiyəyə gedənlərin sayı 1.4 dəfə. Rusiya Federasiyasına gedənlərin sayı isə 12.9 faiz artmışdır. Ölkə vətəndaşlarının 44.0 faizi Türkiyəyə. 18.0 faizi Rusiya Federasiyasına. 13.6 faizi İrana. 8.6 faizi Gürcüstana. 15.8 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64.2 faizini kişilər. 35.8 faizini qadınlar təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər