15 C
Baku
Friday, September 20, 2024

Səudiyyə Ərəbistanının 2027-ci ilin əvvəli üçün neft hasilatını 13,4 mln. barelədək artıracağı gözlənilir

Səudiyyə Ərəbistanı krallığı 2027-ci ilin əvvəli üçün gündəlik neft hasilatını 13,4 mln. barelədək artırmaq üçün səy göstərir.

Bu barədə energetika naziri Əbdüləziz bin Salman Əl Səud bazar ertəsi Bəhreyndə keçirilən enerji konfransı zamanı deyib.

Eyni zamanda, onun fikrincə, krallıq hasilatı bu səviyyəyə çatdıqdan sonra, bazarın belə həcmdə neftə ehtiyacı olarsa, saxlaya bilər.

Nazirin sözlərinə görə, ölkə daxilində qaz və bərpa olunan enerji mənbələrinə keçid neft ixracını da artırmağa imkan verəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər