12 C
Baku
Monday, November 25, 2024

Səudiyyə Ərəbistanının açıqlamasından sonra neftin qiyməti qalxıb

Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 1% artaraq 77.61 dollar/barel olub. WTI markalı neftin iyul fyuçerslərinin dəyəri isə 1.2% artaraq 73,86 dollar/barelə çatıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman Əl Səudun Qətər İqtisadi Forumunda dünənki açıqlamalarından sonra neftin qiyməti qalxmağa başlayıb. “Financial Times” bildirir, bu, “OPEC+”un qiymətləri artırmaq üçün hasilatı tezliklə azalda biləcəyi qorxusunu daha da artırır.

Aprel ayında Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını könüllü olaraq azaldacaqlarını elan ediblər.

Son xəbərlər
Digər xəbərlər