Səudiyyə Ərəbistanının laukost “Flyadeal” aviaşirkəti yay mövsümündə Bakı və Tbilisiyə aviareyslər açıb.
Bu barədə “Arabnews” qəzeti məlumat yayıb.
Qəzetin xəbərində bildirilir ki, sərnişinlər üçün sərfəli qiymətlər təklif edən aviareyslər Bakı və Tbilisi ilə yanaşı, Əmman, Şarm əl-Şeyx və Xartuma da həyata keçirilir.
“Flyadeal” sözügedən uçuşları “Airbus 320” təyyarələri ilə yerinə yetirəcək. Bu aviaşirkət son 5 ildə 15 milyondan artıq sərnişinə xidmət göstərib.