Səudiyyə Ərəbistanının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.
Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.
Səudiyyə Ərəbistanının Baş prokuroru Səud Əl Müacib ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Ötən ilin may ayında ölkəmizdə səfərdə olarkən dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən qəbulunu və Şuşaya səfərini ehtiramla xatırladığını qeyd edib.
Şeyx Əl Müacib 27 yanvar tarixində ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, həlak olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Baş prokuror Kamran Əliyev ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.