15 C
Baku
Friday, March 29, 2024

Səudiyyə Ərəbistanına energetika naziri təyin olunub – OPEC-dəki siyasətə necə təsir göstərəcək?

Səudiyyə Ərəbistanının energetika naziri vəzifəsinə kralın oğlu şahzadə Əbdüləziz bin Salman təyin olunub. Xatırladaq ki, daha əvvəl bu vəzifəni Xəlid əl-Falih icra edib.

Banker.az xəbər verir ki, Şahzadənin təyin olunması, Səudiyyə Ərəbistanının OPEC-dəki siyasətinə heç bir təsir göstərməyəcək. Ölkə neft hasilatını azaltmağa davam edəcəkdir.

Qeyd edək ki, şahzadə Əbdüləziz Səudiyyə Ərəbistanının OPEC-dəki köhnə üzvlərindən biridir.

2017-ci ildə o keçmiş energetika naziri Əli əl-Naiminin sədri vəzifəsində çalışıb.

Ümumilikdə 1960-cı ildən bəri Səudiyyə ərəbistanında beş neft naziri dəyişilib və onlardan heç biri kral ailəsinin üzvü olmayıb.

Avqustda Səudiyyə ərəbistanı yeni Sənaye və Mineral Resurslar Nazirliyini yaradaraq, onu Energetika Nazirliyindən ayırmışdır.

Bu qərardan əvvəl Falih ölkə iqtisadiyyatının 50%-nə nəzarət edib. Ötən həftə isə o “Saudi Aramco” şirkətinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Səudiyyə ərəbistanı gündə 10 milyon barel neft istehsal edir və bu, OPEC+ müqaviləsinin müəyyən etdiyi səviyyədən aşağıdır. Falih başda Rusiya olmaqla OPEC-ə daxil olmayan ölkələr ilə müqavilənin bağlanmasının əsas təşəbbüskarı olmuşdur.

Son xəbərlər
Digər xəbərlər