24 C
Baku
Friday, April 26, 2024

Səudiyyə Ərəbistanının kral ailəsi vəliəhd şahzadə üçün xələf axtarır

Səudiyyə Ərəbistanının kral ailəsi vəliəhd şahzadə Məhəmməd bin Salman əs-Səud üçün xələf axtarır.

muhammed bin salman prince
Məhəmməd Bin Salman

Banker.az Reporta istinadən xəbər verir ki, Parisdəki diplomatik mənbəyə görə, bu addım jurnalist Camal Qaşıqçının qətlə yetirilməsindən sonra kral ailəsinə artan təzyiqlərlə bağlıdır. Belə ki, mənbənin sözlərinə görə, kral ailəsinin 7 əsas nəslin ağsaqqallarından ibarət “Aqillər məclisi” neçə gündür qapalı iclas keçirir. Bir çox ekspertlər həmin məclisin şahzadə üçün xələf təyin edəcəyi qənaətindədir. Belə bir xələf olmağa əsas namizəd kimi ötən həftə səfir işlədiyi ABŞ-dan vətənə qayıdan şahzadənin kiçik qardaşı 30 yaşlı Xalid bin Salmanın adı hallanır.

“Xalid bin Salman müavin təyin olunsa, Məhəmməd bin Salman əs-Səudun dərhal olmasa da, yola salınacağı deməkdir. Beləliklə, Salmanlar nəsli hakimiyyətdə qalacaq və bu da indiki kralın öncül məqsədidir”, – Parisdəki mənbə “Le Figaro”ya bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər