Səudiyyə Ərəbistanının kralı Abdullah ben Abdel Aziz Al Saud 91 yaşında dünyasını dəyişdi. Keçən ay monarx pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi və Ər-Riyadın klinikalarından birində tibbi nəzarət altında idi.
Qeyd edək ki, dünyanın ən yaşlı monarxlarından biri idi. O ilk Səudiyyə ərəbistanı kralı olan II Abdul-Əzizin ailəsində dünyaya gəlmişdi və Məkkə şəhərinin meri, milli qvardiyanın komandanı, baş-nazirin ilk müavini olmuşdur. 2005-ci ildə isə dünyasını dəyişmiş qardaşını taxtda əvəz etmişdi.