1 C
Baku
Saturday, December 14, 2024

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə Türkiyənin maliyyə naziri görüşüb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati ilə görüşüb.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ciddədəki Əl-Salam sarayında keçirilən görüşdə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib. Görüşdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələr müzakirə olunub.

Xatırladaq ki, prezident Ərdoğan apreldə Səudiyyə Ərəbistanına səfər etmişdi, vəliəhd şahzadə Salman isə iyun ayında Türkiyəyə gəlmişdi. Görüşlərdən sonra verilən birgə bəyanatda iki ölkə arasında qarşılıqlı ticarətin inkişafı və şaxələndirilməsi, iki ölkə arasında ikitərəfli ticarətin asanlaşdırılması və çətinliklərin aradan qaldırılması, investisiya imkanlarını araşdırılması və müxtəlif sahələrdə konkret tərəfdaşlığa çevirmək üçün iki ölkənin dövlət və özəl sektorunun kommunikasiyanın artırılması imkanlarının müzakirə edildiyi bildirilmişdi.

Son xəbərlər
Digər xəbərlər