Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsinin ABŞ-yə yatırdığı investisiyanı 600 milyard dollardan bir trilyon dollara çatdıracağını elan edib.
Bu barədə o, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı deyib.
Tramp isə ABŞ-yə 600 milyard dollardan çox investisiya qoymaqla bağlı qərara görə Səudiyyə Ərəbistanı şahzadəsinə təşəkkür edib. Dövlət başçısı bunun ölkədə yeni iş yeri imkanları yaradacağını əlavə edib.








