12 C
Baku
Friday, December 5, 2025

Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini son 5 ilin minimumuna endirir

Səudiyyə Ərəbistanı qlobal bazarda davam edən artıq təklif fonunda aparıcı neft markalarının qiymətini rekord dərəcədə aşağı salıb. Bildirilir ki, Asiya alıcıları üçün ucuzlaşma 0,2–0,6 dollar arasında olacaq.

Bu, 2021-ci ilin yanvarından bəri ən aşağı səviyyədir və neft emalı zavodları ilə treyderlər arasında keçirilmiş sorğunun nəticələrinə uyğundur.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iştirakçıları və onun müttəfiqləri gələn ilin birinci rübündə hasilatın artırılmasını dayandırmaq qərarına gəliblər. Onlar bunu Asiya, Avropa və Şimali Amerikanın əksər ölkələrində qış aylarında mövsümi tələbatın zəifləməsi ilə izah ediblər.

Bu il xam neftin qiyməti Şimali və Cənubi Amerikadan təklifin kəskin artması, həmçinin OPEC+ ölkələrinin təchizatının böyüməsi səbəbindən təxminən 16% ucuzlaşıb. Beynəlxalq Enerji Agentliyi 2026-cı ildə rekord həddə artıq təklif gözləyir. “Goldman Sachs Group Inc.” kimiUoll-Strit bankları neft fyuçerslərinin daha da ucuzlaşacağını proqnozlaşdırır.

“Aramco” Asiya alıcıları üçün bütün neft markalarının qiymətlərini endirib. Bildirilir ki, “Arab Medium” markalı neft 2020-ci ilin sonundan bəri ilk dəfə endirimlə satılır.

“Brent” markalı neftin fyuçersləri qiymətlərin dərcindən sonra demək olar ki, dəyişməyib və əvvəlki artımı itirib.

Son xəbərlər
Digər xəbərlər