6 C
Baku
Thursday, January 8, 2026

Səudiyyə Ərəbistanı fevral ayında bütün regionlar üçün neft qiymətlərini endirəcək

Səudiyyə Ərəbistanı fevral ayında bütün regionlardan olan alıcılar üçün neft qiymətlərini aşağı salacaq. Bu barədə dövlət şirkəti “Saudi Aramco” məlumat yayıb.

Asiyaya tədarük edilən əsas növ “Arab Light” bir barel üçün 0,3 dollar ucuzlaşacaq. Onun qiyməti Oman/Dubay neft səbətindən 0,3 dollar baha olacaq.

Asiya üçün digər neft növlərinin qiymətləri bir barel üçün 0,2–0,3 dollar, ABŞ üçün 0,3–0,4 dollar, Şimal-Qərbi Avropa və Aralıq dənizi regionu üçün isə 0,4 dollar azaldılacaq.

Son xəbərlər
Digər xəbərlər