Səudiyyə Ərəbistanı Hörmüz boğazından son dörd ayın ən böyük neft partiyasını göndərib

Bloomberg yazır ki, Səudiyyə Ərəbistanından neft daşıyan dörd supertanker Hörmüz boğazını keçib. Beləliklə, Ər-Riyad fevralda ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından bəri bu su arteriyasından ən böyük neft partiyasını nəql edib.

Dəniz daşımalarını izləyən xidmətlərin məlumatına görə, Səudiyyə Ərəbistanının Bahri şirkətinə məxsus supertankerlər cümə axşamı Oman körfəzinə çatıb. Onlar Fars körfəzi sahilində yerləşən Ras Tanura Port limanından yüklənmiş 8 milyon barel neft daşıyırlar.

Agentliyin qeyd etdiyi kimi, bu, ABŞ və İranın iyunda Hörmüz boğazı vasitəsilə dəniz nəqliyyatının tranzitinin bərpası barədə razılığa gəlməsindən sonra Səudiyyə Ərəbistanının neft ixracını artırdığını göstərir.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Münaqişə Hörmüz boğazında gəmiçiliyin demək olar ki, tam dayanmasına səbəb olub və enerji daşıyıcılarının qiymətlərini artırıb.

İyunun 18-də Vaşinqton və Tehran bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Həmin vaxtdan etibarən boğazda hərəkət tədricən bərpa olunur. Bununla belə, ekspertlərin qiymətləndirmələrinə görə, akvatoriyanın minalardan təmizlənməsi zərurəti səbəbindən əvvəlki nəqliyyat həcmlərinin bərpası üçün aylar tələb oluna bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər