Bu gün Səudiyyə Ərəbistanı-Suriya investisiya forumunda 4 milyard dollar həcmində sazişlərin imzalanması gözlənilir.
Forumda iştirak etmək üçün investisiya naziri Xalid əl-Falihin rəhbərliyi ilə böyük nümayəndə heyəti artıq Suriya paytaxtı Dəməşqdədir.
Nümayəndə heyətinə 120-dən çox müxtəlif sektorları təmsil edən iş adamı daxildir. Qeyd olunur ki, bu, iki dövlət arasında əlaqələrin bərpasından sonra böyük nümayəndə heyətinin iştirak etdiyi rəsmi səfərdir.
SANA xəbər agentliyinin verdiyi məlumata görə, səfər çərçivəsində Adra sənaye şəhərciyində Feyha sement zavodu layihəsinin icrasının başlanması da gözlənilir.